BDU-da Beynəlxalq elmi konfrans keçiriləcək

17/09/2018

21-22 dekabr 2018-ci il tarixlərində Bakı Dövlət Universitetində “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrası, Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Diasporla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Tarix Qurumu, Türk Dünyası Gəncləri Birliyinin dəstəyi ilə təşkil olunacaq.

Ənənəvi olaraq 3-cü dəfə keçirilən elmi konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Konfransda iştirak etmək istəyən tədqiqatçılar  xülasələri  dunya.azerbaycanlilari.etl@gmail.com ünvanına göndərə bilərlər.

Mətbuat və informasiya şöbəsi 17 sentyabr 2018-ci il

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026