BDU-da beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb

01/06/2017

Bu gün Bakı Dövlət Universitetində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin əsas inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Konfransın plenar iclasını giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıb.

Konfransda  yerli qonaqlarla yanaşı xarici ölkələrdən gəlmiş çoxlu sayda qonaqların iştirak etdiyini diqqətə çatdıran rektor onun işinə uğurlar arzulayıb.

Daha sonra Ukrayna Hüquq Elmləri Akademiyasının akademiki  Oleq Zayçuk, Daxili İşlər Nazirliyi Polis Akademiyasının rektoru, polis general-mayoru Nazim Əliyev çıxış ediblər. Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev fakültənin tarixi, müasir dönəmi, tədris və elmi uğurları, görkəmli məzunları haqqında danışıb, son illər həyata keçirdikləri layihə və beynəlxalq konfranslardan, o cümlədən ulu öndər Heydər Əliyevə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edib.

Konfransın plenar iclasında Ukrayna Dövlət Vergi Xidməti Milli Universitetinin professoru Leonik Timçenko, İvan Franko adına Lvov Milli Universitetinin Avropa hüququ kafedrasının müdiri, professor Mixail Mıkiyeviç, Ukrayna Vəkillər Akademiyasının Cinayət hüququ və inzibati hüquq kafedrasının müdiri, professor Yevgeniv Fesenko, Polşanın A.Modjevskiy adına Krakov Akademiyasının professoru Aleksandr Merejko, o cümlədən Milli Aviasiya Universitetinin Hüquqşünaslıq kafedrasının müdiri, professor İbrahim Quliyev, Ədliyyə Akademiyasının rektor əvəzi, dosent Elçin Xələfov, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, konfrans işini “İnsan hüquqları və İnformasiya hüququ”, “Beynəlxalq hüquq və Avropa hüququ”, “Hüquq nəzəriyyəsi və Konstitusiya hüququ”, “Cinayət hüququ, cinayət prosesi və kriminalistika”, “Mülki hüquq, kommersiya hüququ və əmək hüququ” bölmələrində iki gün davam etdirəcək və ümumilikdə 159 məruzə dinləniləcək.

Onu da qeyd edək ki, beynəlxalq elmi-praktiki konfrans çərçivəsində Bakı Dövlət  Universiteti ilə Daxili İşlər Nazirliyi Polis Akademiyası arasında təhsil və elmi fəaliyyət üzrə qarşılıqlı fəaliyyət haqqında protokol imzalanıb. Protokolu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və  Polis Akademiyasının rektoru Nazim Əliyev imzalayıblar.

Mətbuat və informasiya şöbəsi, 01 iyun 2017-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024