BDU-da «Beynəlxalq gömrük və Türkiyədə son vəziyyət» mövzulu kofrans keçirildi

12/05/2009

Mayın 12-də Bakı Dövlət Universitetinin yeni tədris korpusunun akt zalında universitetin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin nəzdindəki «Beynəlxalq Əlaqələr» klubu «Beynəlxalq gömrük və Türkiyədə son vəziyyət» mövzulu kofrans təşkil etmişdir.
Konfransa Türkiyə Böyük Millət Məclisinin 60-ci Hökümətinin AK partiyasının Kayseri millət vəkili Ahmed Öksüzkaya qatılmışdır.
BDU-nun elmi işlər üzrə prorektoru prof. İsmail Əliyev tədbiri açaraq, bu istiqamətdə görülən işlərdən danışaraq, sözü Kayseridən olan millət vəkilinə verdi. Ahmed Öksüzkaya öz növbəsində məsələyə münasibətini bildirərək, belə tədbirlərin iki qardaş ölkə arasındakı münasibətlərin inkişafı üçün faydalı olacağını qeyd etdi. Tədbirin əsas təşkilatçılarından olan Beynəlxalq Əlaqələr klubunun üzvləri bu istiqamətdə bundan sonra da addımlar atacaqlarını, tələbələr arasında təbliğat aparacaqlarını bildirdilər.
Konfransda Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Halis Koyuncuoğlu da iştirak edərək, mövzu ilə əlaqədar öz fikirlərini ifadə etdi.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026