BDU-da beynəlxalq konfrans keçiriləcək

18/02/2019

Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun Bakı Dövlət Universitetində olub. BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov qonaqla görüşüb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə elm və təhsil sahəsində əldə olunan uğurlardan, eyni zamanda Türkiyə ilə yüksək səviyyəli əlaqələrdən bəhs edib.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamını xatırladan F.Qurbanov yubileylə əlaqədar yerli və beynəlxalq tədbirlərin təşkil olunacağı barədə ətraflı məlumat verib.

F.Qurbanov 27-30 avqust 2019-cu il tarixlərində BDU-nun əsas tərəfdaşlığı ilə Bakıda keçirilməsi nəzərdə tutulan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) da 100 illik yubileyə töhfə olacağını qeyd edib.

BDU-da yenidən olmasından məmnunluğunu ifadə edən professor Murat Tosun  universitetslərarası əlaqələrin genişləndiyini qeyd edərək, keçiriləcək konfransın əhəmiyyətindən bəhs edib. Görüşdə konfransın keçirilməsi ilə əlaqədar təşkilati məsələlər müzakirə olunub.

Qeyd edək ki, “Riyaziyyat və onun tətbiqləri” adlı beynəlxalq statuslu konfrans Türkiyənin aparıcı universitetlərinin dəstəyi ilə bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunub.

Konfrans barədə ətraflı məlumatı aşağıdakı linkdən almaq olar:

http://www.iecmsa.org/3-menu-organizers

Mətbuat və informasiya şöbəsi, 18 fevral 2019-cu il.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026