BDU-da Beynəlxalq Əlaqələr üzrə mütəxəssislərin toplantısı keçirilib

12/05/2012

Bakı Dövlət və Qafqaz Universitetlərinin təşəbbüsü ilə 12 aprel 2012-ci il tarixində Qafqaz Universitetində Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrinin Beynəlxalq Əlaqələr üzrə heyətlərinin toplantısı keçirilib. Görüşün davamı 1 may 2012-ci il tarixində Bakı Dövlət Universitetində Azərbaycanın ali təhsil müəssisələrin beynəlxalq əlaqələr şöbələrinin nümayəndələrinin iştirakı ilə davam edib. Açılışı BDU-nun Beynəlxalq Əlaqələr və Əməkdaşlıq üzrə prorektoru, dosent Şəlalə Məmmədova edib. O, universitetlərin birgə fəaliyyətinin faydalı olduğunu vurğulayıb. Bundan əlavə, görüşdə bir sıra məsələlər müzakirə olunub və növbəti görüşün 2012-ci ilin iyun ayında Müəllimlər İnstitutunda keçirilməsi qərara alınıb.

Elmira İsmayılova,
Beynəlxalq Proqramlar üzrə baş mütəxəssis

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026