BDU-da beynəlxalq layihə çərçivəsində görüş keçirilib

14/02/2020

Bakı Dövlət Universitetində (BDU) “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” (Tİİ- tədqiqat, ixtira və innovasiya) layihəsi çərçivəsində görüş keçirilib.
BDU-nun rektoru Elçin Babayev Universitetdə təhsil, tədqiqat, innovasiya və elmi biliklərin daha da artırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Universitetdə elmi-tədqiqat nəticələrinin daha da inkişaf etdirilməsi, laboratoriyaların infrastrukturunun yaxşılaşdırılması və digər elmi müəssisələr ilə birgə əməkdaşlıq əlaqələrinin genişlənməsi isiqamətində mühüm addımlar atılır.
Layihənin meneceri Martin Felix Gajdusek əsas məqsədin ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarət olduğunu bildirib. Layihənin ekspertləri Krzysztof Gulda və Sevil İmanova tədqiqat, ixtira və innovasiya sahəsində beynəlxalq təcrübə, layihənin məqsədi, həyata keçiriləcək işlər barədə ətraflı məlumat veriblər.
Cari məsələlərlə bağlı sual-cavab və müzakirə formatında davam edən görüşdə tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi üçün danışıqlar aparılıb.
Qeyd edək ki, Avropa İttifaqı və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur. Layihə 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edir.



Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026