BDU-da Beynəlxalq Əlillər Gününə həsr olunmuş maarifləndirici tədbir

04/12/2025

“Regional İnkişaf” İctimai Birliyi və “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Bakı Dövlət Universitetinin, həmçinin “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin birgə təşkilatçılığı ilə BDU-da əlilliyi olan uşaqlar üçün Beynəlxalq Əlillər Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbir çərçivəsində uşaqlar ekoloji biliklərini, yaradıcı düşüncə və praktiki bacarıqlarını inkişaf etdirmək məqsədilə aquaponika sistemi ilə suda bitki yetişdirilməsi prosesinə, praktiki bitki əkilməsi fəaliyyətinə və quş yuvalarının rənglənməsi üzrə ustad dərslərinə cəlb olunublar. Bununla bərabər, valideynlər üçün psixoloq və mütəxəssislərin iştirakı ilə maarifləndirici sessiyalar təşkil edilib. Günün sonunda bütün iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirin əsas məqsədi inklüziv uşaqların təbiət və yaradıcılıqla təmasını artırmaqla onların sosial, emosional və dərketmə bacarıqlarının inkişafına dəstək göstərməkdir.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026