BDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

04/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU-nun Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov müəllimlərin ölkəmizin tərəqqisində, cəmiyyətimizin maariflənməsində, gənclərin bilikli, vətənpərvər formalaşmasında əvəzsiz rolundan bəhs edib. Bildirib ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Bu gün dövlət başçısı İlham Əliyev də müəllim əməyini yüksək qiymətləndirərək onlara daim diqqət və qayğı göstərir.

Sonra “Müəllimlik zirvəsi” adlı bədii-ədəbi kompozisiya nümayiş etdirilib və videoçarx nümayiş olunub.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026