BDU-da Beynəlxalq Muzeylər Günü qeyd olunub

19/05/2021

Bakı Dövlət Universitetinin tarixi muzeyi və Tarix fakültəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Onlayn tədbiri giriş sözü ilə açan Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini dosent Bəxtiyar Nəbiyev Azərbaycanda muzeyşünaslığın tarixi inkişafı, ölkəmizdə muzeylərə göstərilən diqqət və qayğıdan  bəhs edib.

Tarix fakültəsinin professoru İbrahim Zeynalov məruzəsində BDU-da Heydər Əliyev muzeyinin əsasının qoyulması, muzeydə Ümummilli liderin tələbəlik illərini əks etdirən qiymətli eksponatlar haqqında məlumat verib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova,  Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi Bəhmən Kərimov, Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey sərgi zalının elmi işçisi Yaqub Məmmədov Azərbaycanda muzeylərin perspektivi və maddi-texniki baza zənginliyi barədə məruzə ilə çıxış edilbər.

Sonda çıxış edən Bakı Dövlət Universitetinin tarixi muzeyinin əməkdaşı Arzu Əkbərova Universitetin muzeyləri, onların tarixi inkişafı və zəngin eksponatları haqqında məlumat verib.

Xəbərlər

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar
29/09/2026