BDU-da Beynəlxalq Muzeylər Günü qeyd olunub

17/05/2023

Bakı Dövlət Universitetində (BDU) BDU-nun tarixi muzeyinin təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun tarixi muzeyinin müdiri Günel Orucəliyeva bildirib ki, hər il 18 may tarixi dünyada və eləcə də ölkəmizdə Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş əlamətdar gün hər il müəyyən deviz altında qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər, dayanıqlılıq və rifah” devizi altında keçirilir.

Daha sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının dosenti, muzeyşünas Anar Ağalarzadə çıxış edib. Çıxışda Azərbaycandakı muzeylərin fəaliyyəti, profilləri, ölkədə muzey işi ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpası ilə əlaqədar görülən işlərdən danışılıb. Anar Ağalarzadə eyni zamanda Fransanın Luvr və Sen Jermen muzeylərinin yaranması, fəaliyyəti, muzeylərdə nümayiş olunan eksponatlar haqqında geniş məlumat verib.

Sonda natiq tələbələrin çoxsaylı suallarını cavablandırıb. Tədbir auditoriya tərəfindən maraqla qarşılanıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026