BDU-da Beynəlxalq Çoxtərəflilik və Sülh Naminə Diplomatiya Gününə həsr olunmuş elmi seminar

25/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) və “YENİ klub”un birgə təşkilatçılığı ilə 24 aprel - Beynəlxalq Çoxtərəflilik və Sülh Naminə Diplomatiya Gününə həsr olunmuş elmi seminar keçirilib.

BDU-nun Beynəxalq münasibətlər və iqtisadiyyat fakültəsinin TEC sədri Əli Bədəlov Azərbaycanın xarici siyasətində çoxtərəflilik prinsipinin önəmindən söz açaraq, bu sahədə gənclərin fəal mövqeyinin vacib olduğunu bildirib.

BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Əlimusa İbrahimov Azərbaycanın xarici siyasətində çoxtərəfli əməkdaşlıq formatlarına verdiyi önəmi konkret nümunələr üzərindən izah edib. Bildirib ki, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu məhz bu prinsipial və çevik diplomatik xəttin nəticəsidir. Məruzəçi çıxışında Yaxın Şərq regionundakı mövcud geosiyasi vəziyyətin çoxtərəfli diplomatiya üçün yaratdığı çağırışlara və imkanlara da toxunub, tələbələri bu mövzularda daha fəal olmağa dəvət edib.

Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Təranə Tağıyeva çıxışında müasir beynəlxalq münasibətlər sistemində sülh və sabitliyin qorunmasında diplomatiyanın, xüsusilə də çoxtərəfli yanaşmaların önəmindən bəhs edib. O, Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını, regional və qlobal təşəbbüslərdə fəal iştirakını, eləcə də diplomatik uğurlarını geniş şəkildə təhlil edib.

Seminar mövzu ətrafında interaktiv müzakirə ilə davam edib.

Xəbərlər

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib
13/03/2026

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”
13/03/2026

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”
13/03/2026