BDU-da Beynəlxalq Riyaziyyat Günü qeyd olunub

15/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsi və BDU könüllülərinin birgə təşkilatçılığı ilə 14 mart - Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş tədbir keçirilib.

Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov bu günün tarixi ilə bağlı danışıb. Qeyd edib ki, UNESCO Baş Assambleyasının 2019-cu il noyabrın 26-da Fransanın paytaxtı Parisdə keçirilən 40-cı sessiyasında hər il martın 14-də Beynəlxalq Riyaziyyat Gününün qeyd olunması barədə qərar qəbul edilib.

Daha sonra fakültənin könüllüləri "Riyaziyyatın həyatımızdakı əhəmiyyəti" və "Beynəlxalq Riyaziyyat Günü" mövzularında hazırladıqları videoçarxı nümayiş etdiriblər.

Tələbələr "Rəqəmlər gündəlik yaşamımızın əsas hissəsidir" , "Riyaziyyat elminə əhəmiyyətli töhfələr vermiş alimlər" və "Riyaziyyatda xüsusi əhəmiyyəti olan təməl teoremlər" kimi mövzularda çıxışlar ediblər.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026