BDU-da Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

18/11/2021

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə bağlı onlayn tədbir keçirilib. Tədbirdə fakültənin I kurs tələbəsi Fəridə Süleymanova çıxış edərək tarixən ölkəmizdə tolerantlıq dəyərlərinin olduğunu qeyd edib, xalqımızın həyat tərzinə çevrilən bu dəyərlərin əhəmiyyətindən bəhs edib.

Sonra fakültənin I kurs tələbəsi Fatimə Nağızadə ölkəmizin dünyada tolerantlıq və multikulturalizm mərkəzi kimi tanındığını qeyd edərək, bir çox millətlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib. Filologiya fakültəsinin TGT sədr müavini Elnur Ağayev bu günün əhəmiyyəti, tarixi barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir diskussiya şəklində davam etdirilib.

 

 

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026