BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib

16/10/2019

Bakı Dövlət Universitetində Beynəlxalq Türk Akademiyasının (TWESCO)  prezidenti, professor Darxan Kıdırəli ilə universitetin müəllim və tələbə heyətinin görüşü keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək qonağı salamlayıb, qardaş türk xalqlarının birliyi yolunda elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrini gücləndirməyin vacibliyini vurğulayıb. Həyata keçirilən layihələrin ortaq tarix düşüncəsinin formalaşdırılmasına xidmət etdiyini qeyd edən rektor akademiyanın türk elminin, tarixinin araşdırılmasında apardığı tədqiqatları yüksək qiymətləndirib.
Professor Darxan Kıdıralı prezidenti olduğu Beynəlxalq Türk Akademiyası barədə geniş məlumat verib, bu günə qədər görülən işlər, keçirilən beynəlxalq konfranslar, ekspedisiyalar haqqında danışıb. O, həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərin türk dünyası irsinin və elminin tədqiqində böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
Tədbirdə Yusub Balasaqunun Kudadqu Bilik əsərinin 950 illik yubileyi münasibəti ilə beynəlxalq konfrasın keçiriləcəyi məlum olub.
Görüş təhsil sahəsində əməkdaşlıq perspektivləri, türk dünyası ilə bağlı elmi-mədəni və təhsil məsələləri ətrafında müzakirələrin aparılması və tədbir iştirakçılarının suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026