BDU-da Beynəlxalq Yer Günü qeyd olunub

22/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə 22 aprel – Beynəlxalq Yer Gününə həsr olunmuş elmi seminar keçirilib.

Tədbirin keçirilməsində məqsəd bu  günün əhəmiyyətini vurğulamaq, ətraf mühitin qorunması sahəsində qlobal çağırışları, geoloji və coğrafi elmlərin aktual problemlərini diqqətə çatdırmaqdır.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Beynəlxalq Yer Gününün qeyd olunmasının əhəmiyyətindən danışaraq, ekoloji sabitliyin qorunması və təbii sərvətlərdən səmərəli istifadənin vacibliyini vurğulayıb. O bildirib ki, 22 aprel Yer Gününün qeyd edilməsi ənənəsi 1970-ci ildə ABŞ-də yaranıb. Beynəlxalq Yer Günü BMT Baş Assambleyasının 2009-cu ildə keçirilən 63-cü sessiyasında qurumun 50-dən çox üzv dövlətinin birgə təşəbbüsü ilə təsis edilib və 2010-cu ildən aprelin 22-də qeyd olunur. O, belə elmi tədbirlərin tələbələrin ekoloji düşüncə tərzinin formalaşmasında və gənc mütəxəssislərin inkişafında mühüm rol oynadığını qeyd edib.

Geologiya fakültəsinin Seysmologiya və yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov “Zəlzələ proqnozunun problemləri” mövzusunda elmi məruzə ilə çıxış edib. O, çıxışında zəlzələlərin proqnozlaşdırılmasında mövcud elmi metodların imkan və məhdudiyyətləri, bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda aparılan elmi tədqiqatların vəziyyəti haqqında ətraflı məlumat verib. Alim çıxışında seysmologiyanın inkişaf perspektivləri və bu sahədə qarşıda duran vəzifələrə də toxunub.

Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov geomatika elminin əsas anlayışları, məkan məlumatlarının toplanması və təhlili metodları, eləcə də bu texnologiyaların ətraf mühitin monitorinqi, təbii fəlakətlərin proqnozlaşdırılması və regionların dayanıqlı inkişafında rolu haqqında iştirakçıları məlumatlandırıb.

 

Xəbərlər

BDU-da Məzunlar Şəbəkəsi yaradılır

BDU-da Məzunlar Şəbəkəsi yaradılır
01/11/2025

BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Forumunda çıxış edib

BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Forumunda çıxış edib
01/11/2025

BDU rektoru “Qazaxıstan – akademik təhsil məkanı” adlı Strateji Tərəfdaşlar Forumu çərçivəsində keçirilən görüşdə iştirak edib

BDU rektoru “Qazaxıstan – akademik təhsil məkanı” adlı Strateji Tərəfdaşlar Forumu çərçivəsində keçirilən görüşdə iştirak edib
01/11/2025