BDU-da Bilik Günü qeyd olunub

15/09/2023

Bakı Dövlət Universitetində 15 sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Dövlət himni səsləndirilib.

BDU-nun rektoru Elçin Babayev professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor 2023-cü ilin bütün Azərbaycan xalqı üçün əlamətdar olduğunu vurğulayıb: “Xalqımız Ümummilli Lider, müstəqil Azərbaycanın memarı və qurucusu, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin 100 illik yubileyini sevgi və minnətdarlıqla qeyd edir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-da geniş tədbirlər planı hazırlanıb və il ərzində müxtəlif tədbirlər keçirilib. Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoyub. Müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilib, Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Ulu Öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirilib. Ölkəmizin ilk və ən böyük universiteti olan BDU 104 ildir ki, xalqımızın maariflənməsi, yüksək ixtisaslı kadrların hazırlanması, Azərbaycan elminin inkişafında əvəzsiz rol oynayır. BDU bu müqəddəs missiyasını, elm və təhsilin inkişafı naminə fəaliyyətini əzmlə davam etdirir.  Universitetimiz hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə edilib.  Bu gün qürurla söyləyirik ki, Ulu Öndər Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunu olmaqla yanaşı, hər zaman bu ali təhsil müəssisəsinin xeyirxahı və hamisi olub. Hazırda qüdrətlənən Azərbaycanın səsi dünyanın hər yerindən daha da gur eşidilməkdədir. Hamımız bu məsuliyyəti dərk edərək ölkəmizin gələcəyini birlikdə qurmaq üçün daha da əzmlə çalışmalıyıq”.

Milli Məclisin üzvləri – BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, BDU İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev çıxışlarında müəllim və tələbələri Bilik Günü münasibətilə təbrik edib, təhsil həyatlarında uğurlar arzulayıblar.

Sonra 2023/2024-cü tədris ili üzrə keçirilən qəbul imtahanlarında 677.1 bal toplayaraq BDU üzrə ən yüksək nəticəni əldə edən Kubra Həsənzadə (Hüquqşünaslıq) və Nuranə Payızova (Riyaziyyat müəllimliyi) çıxış edərək, tələbələrə uğurlar arzu ediblər.

Tədbir C.Naxçıvanski adına Hərbi Liseyin orkestrinin müşayiəti ilə marş sədaları altında başa çatıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024