BDU-da "Biologiyada elmi nailiyyətlər və çağırışlar" mövzusunda X Beynəlxalq elmi konfrans keçirilib

06/05/2021

Bakı Dövlət Universitetində "Biologiyada elmi nailiyyətlər və çağırışlar" mövzusunda X Beynəlxalq onlayn elmi konfrans keçirilib.

Plenar iclası giriş sözü ilə BDU-nun elm və innovasiyalar üzrə prorektoru professor Hüseyn Məmmədov açaraq konfransın işinə uğurlar arzu edib.

AMEA Rəyasət Heyətinin üzvü, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədov  daxil olmuş məruzələr və bölmə iclasları barədə məlumat verib.

Daha sonra BDU-nun Genetika kafedrasının doktorantı Əlizadə Şadər “Coğrafi uzaq pambıq genotiplərinin vilt xəstəliyinə davamlığının tədqiqi”, II İohan Paul adına Lüblin Katolik Universitetinin, İvan Franko adına Drohobiç Dövlət Pedaqoji Universitetinin professoru, tanınmış alim Taras Kavetski “Yeni polimer matrisalar və nanodaşıyıcılar əsasında hazırlanmış yüksək həssaslığa malik olan amperometrik fermentlərin ekoloji önəmi”, Moskva Dövlət Pedaqoji Universitetinin Perspektivli Tədqiqatlar İnstitutunun baş elmi işçisi, professor Renad Jdanov  “Uzunömürlülük: yaşlanmaya qarşı tövsiyələr”, Ukrayna-Azərbaycan Beynəlxalq Nanobiotexnoloji və Funksional Nanosistemlərin Tədqiqat və Təhsil Mərkəzinin əməkdaşı professor Əziz Eftexari “COVID-19 üçün yeni sensor texnologiyalar”, BDU-nun Biofizika və biokimya kafedrasının doktorantı Günay Günəşova “Azərbaycanın Kəlbəcər və Salyan bölgələrindəki bəzi termal sulardan təcrid olunmuş termofil bakteriyaların tədqiqi” mövzüsunda çıxış ediblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

 

Xəbərlər

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir
17/02/2026

BDU aliminin "Print media istehsalı və texnologiyası" adlı dərs vəsaiti çap olunub

BDU aliminin "Print media istehsalı və texnologiyası" adlı dərs vəsaiti çap olunub
17/02/2026

BDU-da elmi seminar: “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri”

BDU-da elmi seminar: “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri”
17/02/2026