BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib

25/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Biologiyada süni intellekt tətbiqləri” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə biologiya elminin müasir mərhələsində süni intellekt texnologiyalarının rolu, tətbiq sahələri və gələcək perspektivləri ətraflı müzakirə edilib.

Məruzəçi, Sosial elmlər və psixologiya fakültəsinin Süni intellekt etikası kafedrasının müdiri, dosent Rafiq Ələkbərov süni intellekt alqoritmlərinin bioloji məlumatların emalında, böyük həcmli elmi verilənlərin analizində, genomika, proteomika, biotibbi görüntülərin təhlili, ekoloji modelləşdirmə və biomüxtəlifliyin monitorinqi kimi sahələrdə yaratdığı imkanlardan bəhs edib. Bildirilib ki, süni intellekt metodları klassik tədqiqat yanaşmalarını tamamlayaraq, daha dəqiq, sürətli və etibarlı nəticələrin əldə olunmasına şərait yaradır.

Seminarda həmçinin maşın öyrənməsi, dərin öyrənmə modelləri və avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin biologiya və biotexnologiya sahələrində tətbiq nümunələri təqdim olunub, beynəlxalq elmi təcrübələrdən konkret misallar göstərilib. Məruzəçi bu texnologiyaların gənc tədqiqatçılar üçün yaratdığı yeni elmi istiqamətlərə və multidissiplinar əməkdaşlıq imkanlarına xüsusi diqqət çəkib.

Tədbir interaktiv müzakirə formatında davam edib. Seminar iştirakçıları mövzu ətrafında suallar ünvanlayıb, süni intellektin elmi tədqiqatlarda istifadəsi, etik məsələlər, eləcə də bu sahədə kadr hazırlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026