BDU-da biomüxtəlifliyin qorunması innovativ üsullarla tədris olunur

28/10/2025

Bakı Dövlət Universiteti (BDU) təhsilin keyfiyyətinin artırılması istiqamətində professor-müəllim heyəti ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərin də tədris prosesinə cəlb edilməsini diqqət mərkəzində saxlayır.

Bu məqsədlə Bakı Zooloji Parkının direktoru Nəzakət İsayeva 2025/2026-cı tədris ilində BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrası üzrə dərs prosesinə qoşulub. O, “Ekologiya” ixtisası üzrə IV kurs tələbələrinə “Biomüxtəlifliyin qorunması” fənnini tədris edir.

Mühazirə və məşğələ dərsləri Bakı Zooloji Parkında innovativ tədris üsulları ilə keçirilir. Tələbələr parkın lektoriyasında bəzi sürünənlər sinfinin nümayəndələri ilə tanış olub, daha sonra ekskursiya zamanı Azərbaycan və digər ölkələrin unikal fauna nümunələrini müşahidə ediblər. Onlara “Qırmızı kitaba” daxil edilmiş növlərin mühafizəsi və reintroduksiya proqramı barədə ətraflı məlumat verilib.

 

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026