BDU-da “Bir ömrün salnaməsi” adlı tədbir

12/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Bir ömrün salnaməsi” adlı tədbir keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev fenomeni nəinki Azərbaycanda, bütün dünyada özünə layiqli yer tutub. Azərbaycanın indiki uğurlarının təməlində məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiya xalqın rifahına, milli kimlik şüurunun oyanmasına xidmət edir. Məqsəd Qocamanov bir alim-mütəxəssis kimi yetişməsində Ümummilli Lider Heydər Əliyevin verdiyi töhfələrdən, onun tapşırığı ilə müsabiqədənkənar Moskvaya oxumağa göndərildiyindən, onunla bağlı xatirələrindən danışıb.

Sonra fakültənin kafedra müdirləri - Çingiz İsmayılov, Aydın İbrahimov, Saleh Nağıyev, Ramiz Əhlimanov, İradə Əliyeva çıxış edərək Ulu Öndərin Azərbaycanın dövlətçilik düşüncəsini formalaşdıran əsas simalardan biri olduğunu, elm və təhsilin inkişaf strategiyasının məhz onun ideyaları əsasında qurulduğunu bildiriblər. Ulu Öndərin elm adamlarına və müəllimlərə verdiyi dəyərin bu gün də xatirələrdə yaşadığı xüsusi qeyd olunub.

Tədbirin sonunda fakültə tələbələri Ulu Öndərə həsr olunmuş şeirlər ifa ediblər.

Xəbərlər

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
30/07/2026

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026