BDU-da “Birinci Türkoloji Qurultaya dair sənəd axını” mövzusunda elmi seminar

22/10/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultaya dair sənəd axını” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Aytən Vətənxah məruzə edib.

Məruzədə 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultaya dair sənəd axını elmi baxımdan şərh edilib, bu mötəbər tədbirlə bağlı sənədlər xronoloji inkişafda izlənilib. Tədbirin türk xalqlarının ictimai-siyasi, elmi-mədəni həyatında mühüm rol oynadığını bildirən məruzəçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 80 illik yubileyi haqqında” 9 noyabr 2005-ci il tarixli və “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli sərəncamlarını diqqətə çatdırıb. O vurğulayıb ki, ölkə başçısı hər iki mühüm sənəddə bu tarixi hadisəyə yüksək qiymət verib, qurultayı türk xalqlarının inteqrasiyanda yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisə adlandırıb. Bu sərəncamlar Birinci Türkoloji Qurultaya dair sənəd axını sistemində mühüm yer tutur.

Məruzədə qurultayda müzakirə edilmiş məsələlər, qəbul edilmiş qərarlar barədə məlumatlar qeyd olunub, tədbirdən keçən 100 ilə yaxın müddətdə bu tarixi hadisəyə həsr olunmuş kitablar, məqalələr, sənədlər xronologiya və tematika baxımından şərh edilib. Araşdırmada Nazif Qəhrəmanlının “Köhnə-yeni əlifba: Azərbaycan əlifbasında dəyişmələr”, Cəmilə Qacarlının “Birinci Türkoloji Qurultayda dil məsələləri”, Cəlal Qasımovun “Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər”, Adil Babayevin “Birinci Türkoloji Qurultay və Azərbaycanda türkologiya”, “Türksoyun birlik səsi” kitabları və digər mühüm mənbələr təhlil edilib, arxiv materiallarına, tarixi sənədlərə müraciət olunub. Məruzədə həmçinin ölkə kitabxanalarının fondunda mövzuya dair ədəbiyyatın statistikasının xronoloji dinamikası təqdim edilib.

 

 

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025