BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçiriləcək

12/02/2026

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş simulyasiya konfransı keçiriləcək.

Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində mühüm mərhələ olub. Simulyasiya konfransının keçirilməsində məqsəd türk xalqlarının dil, yazı və elmi-mədəni inkişafının müasir əsaslar üzərində yenidən qurulması ideyasına nəzər yetirmək, bu istiqamətdə müzakirələr aparmaqdır.

Konfrans çərçivəsində türk dillərinin elmi əsaslarının öyrənilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və ortaq problemlərə vahid yanaşmanın formalaşdırılması müzakirə olunacaq. Konfrans ümumilikdə türk dünyasının intellektual inteqrasiyası və modernləşməsi ideyasını əks etdirir.


Tarix: 28.02.2026

Saat: 11:00 - 17:00

Məkan: BDU, 3 saylı tədris binası, Dairəvi zal

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfHH-GvSIqQ3oRi6H-I7AOh6bA7_fP0qZ7Mj7PuDtwJBTQSBA/viewform

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026