BDU-da bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

07/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində "Bitkilərdə termogenez: alternativ oksidaza" mövzusunda elmi seminar keçirilib.

Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevinc İsmayılova bildirib ki, tənəffüs yollarının tənzimləmə qanunauyğunluqlarını bilməklə molekulyar-genetik səviyyədə nəinki bitkilərin, həm də insanın həyat fəaliyyətinə nəzarət etmək olar. Bu, hazırda müasir biologiyanın tədqiq etdiyi əsas məsələlərdəndir.

Termogenez orqanizmdə istiliyin əmələ gəlməsi, istehsalı və xaric edilməsi prosesi olub, əsasən istiqanlı (qomoyotermiya) heyvanlarda – quşlarda, məməlilərdə və bəzi termogen bitki növlərində (təxminən 30-a yaxın fəsilənin, əsasən aroidkimilərin müəyyən nümayəndələrində) müşahidə edilir. Məməlilərdə termogenez hadisəsinin əsasında qonur piy toxuması üçün spesifik sayılan və digər toxumalarda rast gəlinən termogenin və ya UCP-1 (uncoupling protein) adlandırılan ayırıcı zülalların fəaliyyəti durur. Bitkilərdə bir neçə tip belə sistem mövcuddur, onlardan biri də alternativ oksidazadır (AO). AO çoxfunksiyalı zülaldır. AO stres zülallarına aid olub, bitkilərin adaptasiyasında iştirak edir. Onun konstitutiv ekspressiyası isə tənəffüsün alternativ yolunun bitkilərin kompleks metabolizmində rol oynadığını göstərir.

Son illər AO mitoxondrial oksidləşdirici fosforlaşma sisteminin müxtəlif zədələnmələri zamanı terapevtik vasitə kimi tədqiqatçıların diqqətini cəlb edir. Belə ki, uşaqlarda kardiomiopatiya, Parkinson, Azheimer, xərçəng, işemiya və s. kimi xəstəliklərin əksəriyyətinə səbəb mitoxondrilərin disfunksiyası və bu zaman əmələ gələn oksigenin mitoxondrial aktiv formalarının (OAF), xüsusən də superoksid radikalının artıq miqdarıdır. İnsanın böyrək hüceyrələri kulturalarına AO geninin yeridilməsi ilə əlaqəli aparılmış tədqiqatlarda bu disfunksiyanın göstəricisi kimi hüceyrələrdə toplanmış süd turşusu və OAF-ın miqdarı kəskin aşağı enib.    

Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024