BDU-da bitki-patogen əlaqəsi araşdırılıb

11/03/2022

Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində elmi seminarlar davam edir.

BDU-nun Biologiya fakültəsində Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov “Patogen və bitkilərin qarşılıqlı əlaqəsinin tədqiqinin təbiətin sabitliyində rolu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi vurğulayıb ki, patogenlərin (bakteriya, göbələk, virus və zərərvericilərin) neqativ təsirləri  bitkilərin müxtəlif toxumalarını zədələyir, toksinlərin toplanmasına və təbiətdə mübadilə proseslərinin son halqası kimi insan orqanizminə zərər vurulmasına səbəb olur. Bu isə təbiətin tarazlığının pozulması ilə nəticələnir. Mikroorqanizmlərin insan həyatına olan neqativ təsiri, toksikliyi, qidaların  keyfiyyətinin pozulması, ekzotoksinlərlə zəhərlənmələr sonda insanların yoluxmuş ərazilərdən kütləvi miqrasiyasına səbəb olur. Mikroorqanizmlərin mənfi təsirlərinin azaldılması və ya aradan qaldırılması prioritet məsələdir.

Nurlan Əhmədovun məruzəsində müxtəlif neqativ faktorların təsirinə məruz qalan bitkilərin kəmiyyət və keyfiyyət göstəricilərinin aşağı düşməsi, immun mexanizmlərinin patogenləri müəyyənləşdirməsi (ilkin identifikasiyası-liqand-reseptor əlaqəsinin formalaşması hesabına), məhv etməsi tam araşdırılıb, bitki-patogen əlaqəsi ətraflı izah olunub.
O, bu proseslərdə əsas rol oynayan patogen liqandı-reseptor əlaqələrinin formalaşdırılması, effektorların neqativ təsiri və təsirlərin aradan qaldırılmasında effektiv mexanizmlər- R-proteinlərin sintezi haqqında məlumat verib. Eyni zamanda ilkin siqnalın formalaşmasında iştirak edən mexanizmlər-amplifikasiya və modulyasiya haqqında da danışıb.

Elmi seminarda məruzəçi patogenlərə daha dözümlü bitki genotiplərinin müəyyən edilməsi üçün qısamüddətli skrininq analizlərin həyata keçirilməsinə gərəkli mexanizmlərin tədqiqi və təhlilinin vacibliyini vurğulayıb.

Elmi seminar maraqlı müzakirələrlə davam edib.

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026