BDU-da boş qalan professor vəzifələrinə seçkilər keçirilib

22/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda əvvəlcə BDU Elmi Kitabxanasının 2021-ci il üzrə hesabatı dinlənilib.

Kitabxananın direktoru Nigar İsmayılova Elmi Kitabxananın strukturu, əməkdaşları, kitab fondu haqqında məlumat verib. Qeyd edib ki, Elmi Kitabxananın fondunda 2 135 413 nüsxə sənəd qorunur. Kitabxana fondunun 67, 4 faizini elmi, 30,5 faizini tədris ədəbiyyatı, 2,1 faizini mübadilə ehtiyat fondu təşkil edir. 2021-ci ildə kitabxana fonduna 7 204 nüsxə sənəd və 24  adda 9 982 nüsxə qəzet daxil olub. Elmi Kitabxana Azərbaycan ali məktəb kitabxanalarının metodiki mərkəzi statusunu daşıyır və 30-dan artıq ölkədaxili universitet kitabxanası, 40 xarici ölkənin 50-yə yaxın aparıcı kitabxanası ilə beynəlxalq səviyyədə əməkdaşlıq edir. Elmi Kitabxananın elektronlaşdırılması da artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda oxucular BDU-nun 24 saat fəaliyyət göstərən elektron kitabxanasının xidmətlərindən istifadə edə biləcəklər.

Daha sonra Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 8 fakültəsi üzrə 75 nəfər professor vəzifəsinə təsdiqlənib.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026