BDU-da “British Council" təşkilatının nümayəndələri ilə görüş

07/07/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və Cənubi Qafqaz üzrə imtahan meneceri Nərgiz Əkbərova ilə görüşüb.
BDU-nun rektoru Elçin Babayev Universitetin fəaliyyəti, son illər həyata keçirilən islahat və yeniliklər barədə qonaqlara məlumat verib. Qeyd edib ki, Universitetin professor-müəllim heyəti və tələbələrinin xarici dil biliklərinin yüksək səviyyədə olması diqqət mərkəzində saxlanılır. Rəqəmsallaşan dünyada müxtəlif xarici dillərin öyrənilməsi günün tələbidir. İngilis dilinin öyrənilməsi həm tədris, həm də elmi-tədqiqat prosesində zərurətə çevrilib. BDU artıq tədqiqat universiteti statusunu almağa hazırlaşır. Tələbə və əməkdaşların xarici dil biliyi səviyyəsinin yüksək olması tədrisin və elmi-tədqiqatların keyfiyyətinə, beynəlxalq əlaqələrin gücləndirilməsinə öz töhfəsini verir. Bu məqsədlə Universitetdə “You will speak” Dil Mərkəzi də yaradılıb. Rektor BDU-nun böyük təcrübəyə malik “British Council” təşkilatı ilə beynəlxalq dil imtahanlarının keçirilməsi, müəllim və tələbələrin xarici dil biliklərinin daha da artırılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
“British Council” təşkilatının nümayəndələri iki təşkilat arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, bu əlaqələrin gələcək inkişaf perspektivlərini diqqətə çatdırıblar.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dünyanın ən qədim mədəni əlaqələr təşkilatı olan “British Council” 1934-cü ildə qurulub. Xarici ölkələrdə ilk ofisləri 1938-ci ildən fəaliyyət göstərməyə başlayıb. Təşkilat gənclərin öz potensiallarını reallaşdırmaq, güclü və əhatəli cəmiyyətlərdə fəaliyyət göstərmək üçün onlara lazım olan bir sıra bacarıqları və imkanları qazanmalarına kömək edir. Bundan başqa, insanların ingilis dilini öyrənmələrinə, yüksək keyfiyyətli təhsil almalarına və beynəlxalq səviyyədə yüksək bacarıqlara yiyələnmələrinə dəstək olur.

Xəbərlər

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026

Milli birlik və həmrəylik bayramı

Milli birlik və həmrəylik bayramı
31/12/2025