BDU-da “Bəşəriyyət qadınla yüksələcək” adlı açıq forum

07/03/2023

Bakı Dövlət Universitetində (BDU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Bəşəriyyət qadınla yüksələcək” adlı açıq forum keçirilib.

“BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən forumda Milli Məclisin deputatları – BDU-nun Genetika kafedrasının müdiri Kamilə Əliyeva, Səbinə Xasayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, marketoloq Həvva Səfərova və tanınmış bloqer Vəfa Əli iştirak ediblər.
Millət vəkilləri Kamilə Əliyeva və Səbinə Xasayeva çıxışlarında ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini və qadınların müxtəlif sferalarda təmsilçilik hüququ əldə etməsinə böyük imkanlar yaradıldığını qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı qoruyucusu və dayağı olan Azərbaycan qadınları ölkənin ictimai-siyasi, sosial, mədəni həyatında aktiv iştirak edirlər.

Forumun digər qonaqları Taliyə İbrahimova, Həvva Səfərova və Vəfa Əli müxtəlif statistikalar əsasında qadın problemlərinin həlli, gender məsələləri ilə bağlı təkliflərini səsləndiriblər.

Forumun sonunda qonaqlara çoxsaylı suallar ünvanlanıb.

Xəbərlər

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir
27/07/2026

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir
27/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026