BDU-da BİRİNCİ KOREYA DİLİ MÜSABİQƏSİ KEÇİRİLİB

07/10/2011
Bu gün Bakı Dövlət Universitetində universitetin və Azərbaycan Dillər Universitetinin tələbələrinin iştirak etdiyi Birinci koreya dili müsabiqəsi keçirilib.  Çıxış edən Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha Azərbaycanda koreya dilinə maragın artdığını, bu dilinin ölkənin bir sıra universitetlərində tədris olunduğunu bildirib. Hazırda Koreya ali təhsil müəssisələrində 70-ə qədər Azərbaycan vətəndaşının təhsil aldığını deyən səfir ölkəsinin Azərbaycandan olan tələbələrin sayının çoxalmasında maraqlı olduğunu bildirib.

Müsabiqə iki nominasiya üzrə keçirilib: yazı və danışıq. Tədbirdə BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Şəlalə Məmmədova iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 07 oktyabr, 2011-ci il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026