BDU-da buraxılış işlərinin onlayn müdafiəsi uğurla həyata keçirilir

27/06/2020

2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsində Yekun dövlət attestasiyası buraxılış işinin müdafiəsi formasında nəzərdə tutulmuş 487 tələbə üçün yekun attestasiya onlayn rejimdə buraxılış işinin müdafiəsi formasında həyata keçirilir. Magistratura səviyyəsində isə 768 magistrantın onlayn dissertasiya işinin müdafiəsi nəzərdə tutulub.

Buraxılış işlərinin məzmunu, yazılması mövcud əsasnamələrə uyğun olaraq hazırlanıb, çap olunmuş və elektron formada Universitetin müvafiq kafedrasına müəyyən edilmiş müddət ərzində təqdim edilib. Həmçinin tələbə müraciət etdiyi təqdirdə buraxılış işini müdafiə etmədən təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab edilir. Həmçinin magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi İxtisaslaşdırılmış şuraların iclaslarında onlayn qaydada həyata keçirilir.

BDU-nun rektoru Elçin Babayev mütamadi olaraq keçirilən müdafiə prosesində iştirak edərək tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyir, müvafiq tövsiyələrini verir, mövzu ətrafında tələbələrə suallarını ünvanlayır.

Eyni zamanda müdafiə prosesində prorektorlar, dekanlar, kafedranın müəllimləri iştirak edirlər.

Bakı Dövlət Universitetinin müvafiq ixtisaslar üzrə keçirilən müdafiə proresində iştirak edən tələbələr yazdıqları buraxılış işlərini müdafiə edirlər. Komissiya sədri və üzvlərinin suallarını ətraflı cavablandıran tələbələr müvəffəq nəticələr qazanırlar.

Tələbələr biliklərinin formalaşmasında əməyi keçən bütün müəllimlərinə minnətdarlıqlarını bildirir, həmçinin BDU-da əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağını qeyd edirlər.

BDU-nun bütün fakültələrində və Qazax filialında bakalavriat səviyyəsində müvafiq ixtisaslar və təhsil formaları üzrə Universiteti bitirəcək, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan müvəffəqiyyətlə keçmiş və yekun dövlət attestasiyası buraxılış yekun dövlət imtahanı formasında nəzərdə tutulmuş son kurs tələbələri təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG) uyğun olaraq attestasiyadan keçmiş hesab olunur.

 

Xəbərlər

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
23/06/2026