BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii təqdimat

23/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Bir əsrlik söz karvanı” adlı ədəbi-bədii təqdimat keçirilib. Tədbirdə Özbəkistanın Nəvai adına Dövlət Universitetinin bir qrup əməkdaşı, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəna Mahmudova “İfadəli oxu” fənninin tələbələr üçün əhəmiyyətindən, ifadəli oxu bacarıqlarını inkişaf etdirmək üçün davamlı olaraq belə tədbirlərin keçirilməsinin vacibliyindən, Bəxtiyar Vahabzadə poeziyasının bənzərsizliyindən və əsərlərinin ifadəli oxu baxımından önəmindən söz açıb.

Sonra Bəxtiyar Vahabzadənin ifasında “Vətən” şeirinin səsləndirildiyi videoçarx nümayiş olunub.

Tələbələr Bəxtiyar Vahabzadənin fəlsəfi, dini və vətənpərvərlik mövzularında yazılmış şeirlərindən parçalar səsləndiriblər. Görkəmli şairin “Allah”, “Ana dilim”, “Gülüstan” və “Şəhidlər” kimi tanınmış əsərləri təqdim olunub. “Fəryad” pyesindən videoçarxlar göstərilib və şairin dramaturgiya sahəsindəki fəaliyyətindən danışılıb.
Bədii çıxışlar tələbələrin “Azərbaycan-Türkiyə” mahnısını ifa edilməsiylə yekunlaşıb.

Sonda Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva Bəxtiyar Vahabzadə yaradıcılığının bədii-fəlsəfi mükəmməlliyindən danışıb.

 

Xəbərlər

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb
25/06/2026