BDU-da Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş beynəlxalq konfrans

29/10/2015

Bakı Dövlət Universitetində Azərbaycanın xalq şairi, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akdemik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş  beynəlxalq elmi konfrans keçirilib. “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” adlı konfransı açan rektor akademik Abel Məhərrəmov 90 illik yubileyin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli  Sərəncamından bəhs edib. Rektor  Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixindəki rolundan, yaradıcılığında tarixi-mədəni dəyərlərə ehtiramından, ana dilinin saflığının qorunmasındakı xidmətlərindən bəhs edib. Tanınmış dramaturq Bxtiyar Vahabzadənin ömrünün  50 ilinin Bakı Dövlət Universiteti ilə bağlı olduğunu bildirən rektor Abel Məhərrəmov universitetdə Bəxtiyar Vahabzadə adına təqaüdün təsis olunduğunu, adına  auditoriya açıldığını da diqqətə çatdırıb.

Konfransda xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığna həsr olunmuş videoçarx və “BDU Dram Klubu”un təşkilatçılığı ilə hazırlanan ədəbi-bədii kompozisiya maraqla izlənilib.

Sonda xalq şairinin həyat yoldaşı Dilarə Vahabzadə çıxış edərək 90 illik yubileyin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə Prezident İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirib,  tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

 

Mətbuat və informasiya şöbəsi, 29 oktyabr 2015-ci il.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026