BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

10/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Böyük Qafqazın cənub yamacı çay dərələrinin morfodinamikasına antropogen fəaliyyətin təsiri” mövzusunda elmi seminar keçirilib.

Dosent Saleh Nağıyev bildirib ki, müasir dövrdə intensivləşən təbii dağıdıcı hadisələr fonunda antropogen fəaliyyətin təbiətə təsirinin elmi tədqiqi xüsusi aktuallıq kəsb edir. O, son günlər müşahidə olunan güclü yağışların yaratdığı sel və daşqın hadisələrinə diqqət çəkərək, çaylarda baş verən morfodinamik proseslərin öyrənilməsinin vacibliyini vurğulayıb.

BDU-nin Fiziki coğrafiya kafedrasının doktorantı Aygün Əzizova məruzəsində tədqiqatının Böyük Qafqazın cənub yamacı çayları – Şinçay, Kişçay, Balakənçay və Kürmükçay hövzələrini əhatə etdiyini qeyd edib. Ərazi üçün mülayim-isti və soyuq dağ iqlimi xarakterikdir, burada 30-dan çox çay dərəsi mövcuddur. Tədqiqat çərçivəsində çayların uzunluğu, mənbə yüksəkliyi, hövzə sahəsi, qidalanma mənbələri, daşqın dövrləri və axım rejimləri müqayisəli şəkildə təhlil olunub, sel və daşqın hadisələri isə çoxillik xronoloji ardıcıllıqla qruplaşdırılıb.

Məruzəçi qeyd edib ki, suötürücü kollektorlar və digər antropogen tikililər çay axımının transformasiyasında mühüm rol oynayır. O, son günlərdə Balakən-Zaqatala bölgəsində aylıq normanın 180%-i həcmində yağıntı düşdüyünü diqqətə çatdıraraq, morfodinamik proseslərə antropogen təsirin artmasını polimetal yataqlarının istismarı ilə əlaqələndirib. Bildirilib ki, mədən fəaliyyəti zamanı yaranan drenaj suları çaylara sızaraq sulfid minerallarının oksidləşməsinə və ağır metal ionlarının  su hövzələrinə keçmə riskinin artmasına səbəb olur. Tədqiqat ərazisində meteoroloji şəraitin dəyişkənliyi və çayların hidroloji xüsusiyyətləri nəzərə alınmaqla antropogen fəaliyyətin tənzimlənməsinin vacibliyi vurğulanıb.

Elmi seminarda professor Məqsəd Qocamanov, dosentlər Şəkər Məmmədova, Ramiz Əhlimanov, coğrafiya üzrə fəlsəfə doktorları Qabil Səmədov, Nigar İsmayılova tədqiqat mövzusunun aktual olduğunu vurğulayıb, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.

Seminar iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

Xəbərlər

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur
10/04/2026

Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
10/04/2026

BDU Çinin Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ilə əməkdaşlığa başlayır
10/04/2026