BDU-da böyük qazax şairi Abay Kunanbayevə həsr olunmuş tədbir

22/10/2015

Bakı Dövlət Universitetinin Rus Mərkəzində böyük qazax şairi Abay Kunanbayevin 170 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin qonağı Ust-Kamenoqorsk şəhərinin Şərqi-Qazaxıstan Dövlət Universitetinin magistrantı Güldən Tonaşanova "Abay Kunanbayevinyaradıcılığının poetik yolu" mövzusunda təqdimatla çıxış edib. Sonra BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının professoru Firuzə  Ağayevanın "Qazax ədəbiyyatının inkişafında Abay Kunanbayevin rolu" məruzəsi dinlənilib.

Güldən Tonaşanova, həmçinin, BDU-nun filologiya fakültəsinin qazax ədəbiyyatını öyrənən tələbələrinə Abay Kunanbayevin yaradıcılığı barəsində mühazirə oxuyub və BDU-nun nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax Mərkəzini ziyarət edib.

Mətbuat və İnformasiya şöbəsi, 22 oktyabr 2015-ci il.


Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026