BDU-da böyrək xəstəliklərinin diaqnostikasında podositlərdən istifadə üzrə elmi-tədqiqatlar uğurla davam edir

05/11/2021

Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “Migrasomes and exosomes; different types of messaging vesicles in podocytes” (“Miqrasomlar və ekzosomlar; podositlərdə müxtəlif növ əlaqə vezikulları”) adlı icmal məqalə Web of Science bazasına daxil  olan (Q3 kvartil kateqoriyalı, IF: 3.612) “Cell Biology İnternational”   jurnalında çap olunub (http://doi.org/10.1002/cbin.11711).

Məqalədə podositlərdən əldə edilən hüceyrədənkənar vezikullar və onlardan müxtəlif böyrək xəstəliklərinin diaqnostikasında istifadə olunmasından bəhs edilir. Mövcud elmi nəticələr əsasında müəyyən olunmuşdur ki, qlomerulyar pozuntuların erkən mərhələlərində böyrəkdə podositlərdən əmələ gələn hüceyrədənkənar vezikülların səviyyəsi artır.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026