BDU-da “Campbell Biologiya” dərsliyinin təqdimatı

11/05/2023

Bakı Dövlət Universitetində (BDU) “Campbell Biologiya” dərsliyinin Azərbaycan dilinə tərcümə edilmiş ilk nəşrinin təqdimat mərasimi keçirilib.

İndiyə qədər dünyanın 19 dilinə tərcümə olunmuş kitab 3 bölmə, 56 fəsildən ibarətdir. Kitab biologiyaya giriş xarakteri daşıyır və dünyanın qabaqcıl universitetlərində istifadə olunmaqdadır. Dərslik biologiyanın tədris proqramına daxil olduğu bütün ixtisas proqramlarında (tibb, kənd təsərrüfatı, mühəndislik və s.) istifadə olunur. Bundan əlavə, kitab fənn olimpiadalarına hazırlıqda və peşəkarlar üçün ümumi istinad kimi də istifadə olunur.

Tədbirdə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, kitabın tərcüməsini həyata keçirən komandanın rəhbəri Araz Zeyniyev,  “Qırmızı ürəklər” Xeyriyyə Fondunun prezidenti Sevda Haqverdiyeva, vitse-prezidentləri Nihad Salmanlı və Yusif Poladov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Biologiya fakültəsinin dekanı Afət Məmmədova kitabın Azərbaycan dilinə tərcümə olunmasının tələbə və əməkdaşlar üçün əhəmiyyətini qeyd edib. Tədrisin təşkili  və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov kitabın çox nəfis tərtib olunduğunu, onun hər bir tələbənin və ixtisas üzrə mütəxəssisin stolüstü kitabı ola biləcəyini vurğulayıb. Araz Zeyniyev kitabın necə ərsəyə gəlməsi barədə məlumat verib, fundamental əsərlərin ana dilimizə çevrilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, kitabın tərcümə olunmuş digər cildləri də yaxın zamanda işıq üzü görəcək.

Sonra tələbələrin sualları cavablandırılıb. Tədbirin sonunda Fond tərəfindən BDU-nun Elmi Kitabxanasına 10 ədəd dərslik hədiyyə edilib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024