BDU-da “CareerPlus” İnkişaf Proqramına dair infosessiya

17/04/2026

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilən “CareerPlus” Tələbə və Gənc Məzunların İnkişaf Proqramı çərçivəsində infosessiya təşkil olunub.

BDU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Harun Mehdiyev TGT-lərin gənclərin inkişafındakı rolundan danışıb. Bildirib ki, bu kimi layihələr tələbələrin potensialının üzə çıxarılması, liderlik keyfiyyətlərinin formalaşdırılması və onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Universitetlərdə bu cür təşəbbüslərin davamlılığının təmin olunması da xüsusi əhəmiyyətə malikdir.

ATGTİ-nin İdarə Heyətinin üzvü, proqramın rəhbəri Nicat Əliyev "CareerPlus"un əsas istiqamətləri, proqramın strukturu, iştirak və seçim mərhələləri, eləcə də gənclərə təqdim etdiyi geniş imkanlar barədə ətraflı təqdimatla çıxış edib. O, proqramın iştirakçılara həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazandıraraq onların karyera inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

BDU TGT-nin "CareerPlus klubu"nun sədri Hüseyn Hüseynli tələbələrin bu platforma vasitəsilə əldə edə biləcəyi üstünlüklər haqqında məlumat verib. O, tələbələri aktiv olmağa, layihələrdə iştirak etməyə və şəxsi inkişafları üçün mövcud imkanlardan maksimum yararlanmağa çağırıb.

Sonda tələbələrin proqramla bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026