BDU-da Cəfər Cabbarlının 120 illiyi qeyd olunub

28/02/2019

Bakı Dövlət Universitetində Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq ədibin yaradıcılığına həsr olunmuş tədbir təşkil olunub.

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bildirib ki, tədbirin təşkili Prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tələblərinə uyğun olaraq tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, tələbələrin bilik və bacarıqlarının nümayiş olunması, Azərbaycan ədəbiyyatı və tarixinin tələbə gənclərə aşılanmasına xidmət edir.

Gecədə Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi Teatr Dərnəyinin təşkil etdiyi Cəfər Cabbarlının eyni adlı əsəri əsasında hazırlanmış “Oqtay Eloğlu” tamaşası nümayiş olunub.

Sonda tamaşanın ərsəyə gəlməsində xüsusi xidmətləri olan bir qrup tələbəyə fəxri fərmanlar və pul mükafatları təqdim olunub.

 

Mətbuat və informasiya şöbəsi, 28 fevral 2019-cu il.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026