BDU-da təhsil almaq istəyən əcnəbilər üçün qəbul imtahanları keçirilir

22/09/2022

Bakı Dövlət Universitetində (BDU) təhsil almaq istəyən əcnəbilər üçün qəbul imtahanları keçirilir.

Bu il əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbilərin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır. BDU-da təhsil almaq üçün 14 ölkədən (Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt) çoxsaylı müraciətlər daxil olmaqdadır. BDU-da əcnəbi tələbələrin qəbulu prosesi sentyabr ayının 30-dək davam edəcək.

Qeyd edək ki, BDU-da xarici ölkə vətəndaşlarının mütəxəssis kimi hazırlığına 1968-ci ildən etibarən başlanılıb və yarım əsrdən çoxdur ki, BDU-da Avropa, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün təcrübəli kadr hazırlığı  yüksək səviyyədə həyata keçirilir. Universitetin məzunu olan xarici vətəndaşlar öz dövlətlərində yüksək mövqe tutur və ali strukturlara rəhbərlik edirlər. Hazırda BDU-da 34 ölkədən əcnəbi vətəndaş təhsil alır. Əcnəbi tələbələrin 53%-i humanitar və sosial, 17%-i iqtisadiyyat və idarəetmə, 16%-i isə təbiət elmləri istiqamətində təhsil almağı seçib.

Xəbərlər

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi
06/10/2026