BDU-da əcnəbi tələbələrin qəbulu ilə bağlı görüş

29/08/2022

Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ilə Bakı Dövlət Universitetinin müvafiq struktur nümayəndələri arasında görüş keçirilib.

Görüşdə əcnəbilər üçün Azərbaycan təhsilinin cəlbediciliyinin artırılması ilə yanaşı,  BDU-da təhsil alan əcnəbilərin təhsilinin təşkili məsələləri də müzakirə olunub.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov təhsilin beynəlmiləlləşməsi və BDU-da əcnəbi təhsilalanların sayının artırılması istiqamətində görülən işlərdən bəhs edib.

BDU-nun Tədris təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov əcnəbi tələbələrin Universitetə qəbulunun mərkəzləşdirilmiş sistem üzərindən aparılması ilə bağlı məlumat verib.

Görüşdə həmçinin Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərvin Məşədi-Zadə, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov və digərləri çıxış ediblər. Çıxışlarda əcnəbi tələbələrin təhsil alması, onların say və keyfiyyət göstəriciləri, əcnəbi məzunların fəaliyyət istiqamətləri və qazandıqları uğurlar, Bakı Dövlət Universitetinin beynəlxalq rəqabətliliyinin artırılmasında, ölkədaxili və xarici reytinqinin yüksəlməsində əcnəbi tələbələrin rolu, Azərbaycan təhsilinin ixracyönümlülüyünun göstəriciləri müzakirə olunub.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026