BDU-da COVID-19 infeksiyasına dair ustad dərsi keçirilib

29/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində növbəti ustad dərsi keçirilib.                              

Azərbaycan Tibb Universitertinin Tibbi Mikrobiologiya və immunologiya kafedrasının professoru, biologiya elmləri doktoru Nigar Ağayeva “Virusların bioloji xüsusiyyətlərinin öyrənilməsinin müasir dövrümüzdə rolu və COVID-19 infeksiyası” adlı məruzə ilə çıxış edib. Məruzəçi virusların quruluşu, növləri, təsnifatı, çoxalması, kultivasiyası, genomunun xüsusiyyətləri, gen mutasiyaları, törətdiyi xəstəliklər, yoluxma mexanizmlərindən bəhs edib.

Nigar Ağayeva həmçinin məruzəsində COVID-19 infeksiyası, onun növləri, quruluşu, kultivasiyası, mutasiya və rekombinasiyaları, koronovirusla mübarizə yolları haqqında məlumat verib. Məruzədə koronovirusların yeni variantlarına qarşı immunitet yaranma mexanizmləri təqdim edilib. Təqdimatda  COVID-19-un diaqnostikası, müalicə imkanları, dünyada  və ölkəmizdə istifadə olunan peyvənd növləri haqqında da məlumat verilib.

Ustad dərsi mövzu ilə bağlı müzakirələrlə davam edib, məruzəçi tələbələrin suallarını cavablandırıb.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026