BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının yaradılması qərara alınıb

27/01/2016

Bakı Dövlət Universiteti Elmi Şurası “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nu nəzərə alaraq BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasını qərara alıb və Əsasnaməsini qəbul edib. Qurumun yaradılmasında məqsəd universitetin inkişaf strategiyası və perspektiv planının formalaşmasına, milli və beynəlxalq ümumtəhsil xidmətləri bazarında rəqabət qabiliyyətinə təsir göstərmək, ictimai idarətemə formalarını inkişaf etdirmək, BDU-nun təhsil, elmi və innovasiya fəaliyyətinin təkmilləşdirilməsi üçün rəy və təkliflər verməkdir. Eyni zamanda maraqlı tərəflərin BDU-nun idarə olunmasında iştiraka cəlb edilməsi, universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının və təhsilalanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.

Şuranın əsas vəzifələri isə BDU-nun inkişaf strategiyası və proqramlarının formalaşdırılmasına, onun beynəlxalq, təhsil, elm, texniki, mədəni sahələrdə əməkdaşlığının inkişaf etdirilməsinə, dövlət, ictimai və işgüzar strukturlarla əməkdaşlığına yardım etmək, elm, təhsil və digər ictimai faydalı fəaliyyətini təbliğ etmək, intellektual və fiziki resurslarından istifadənin səmərəliliyini dəyərləndirməkdən ibarətdir.

Mətbuat və informasiya şöbəsi, 27 yanvar 2016-cı il.

Xəbərlər

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib
27/04/2026