BDU-da “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi” mövzusunda elmi mühazirə

10/03/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və BDU nəzdində “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi” mövzusunda elmi mühazirə təşkil olunub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə Heyətinin üzvü, tanınmış ədəbiyyatşünas Əsəd Cahangir məruzə ilə çıxış edib. Əsəd Cahangir əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Eyni zamanda qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Nizaminin yubiley mərasimləri hələ sovet dövründə ümumittifaq səviyyəsində qeyd edilib.

Əsəd Cahangir məruzəsində vurğulayıb ki, qədim Azərbaycan şəhəri Gəncədə dünyaya gələn və bütün həyatını burada yaşayan Nizami Gəncəvinin əsərləri öz mahiyyəti, düşüncə tərzi, obrazlar sisteminə görə bir türk hadisəsidir. Bildirib ki, hər hansı bir yazıçının, şairin əsəri mahiyyətinə, düşüncə tərzinə, obrazlar aləminə görə milli məzmun daşıya bilər: “Nizaminin bir türk, Azərbaycan şairi olmasını öyrənmək üçün uzağa getmək lazım deyil. Bunun üçün onun əsərlərinə müraciət etmək lazımdır. Nizaminin əsərlərində onun bir Azərbaycan türkü olmasını isbatlayan xeyli məqamlar, kod və açar vardır”.  

Əsəd Cahangir Nizami yaradıcılığından nümunələr və görkəmli nizamişünasların əsərlərindən sitatlarla fikirlərini əsaslandırıb.   

Məruzə maraqla dinlənilib, məruzəçiyə suallar ünvanlanıb.

Sonda İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin və “Gənc istedadlar” liseyinin şagirdlərinin ifasında Nizaminin şeirləri səsləndirilib.

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026