BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”:  “İqlim dəyişikliklərinə qarşı mübarizə”

10/04/2025

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri (DİM) həftəsi" çərçivəsində 13-cü məqsəd olan “İqlim dəyişikliklərinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində baş tutub.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova ölkəmizdə olan iqlim qurşaqlarından söz açıb. Qeyd edib ki, Azərbaycanda hidrometeorologiya, o cümlədən meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanılması, təhlili, hazırlanması, saxlanılması və ötürülməsi, metrologiya və standartlaşdırma fəaliyyətinin təşkili, təbii mühitin, o cümlədən atmosfer havasının, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqi və su kadastrının aparılması sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən Milli Hidrometeorologiya Xidməti ictimaiyyətin məlumatlar ilə daimi təmin edilməsi və təhlükələrin qarşısının öncədən alınması işini həyata keçirir.

BDU THİK-in sədri Zöhrab Cavadzadə iqlim dəyişikliklərinə qarşı mübarizənin əhəmiyyətindən danışaraq bildirib ki, gənclərin ekoloji şüurunun formalaşması cəmiyyətin davamlı inkişafı baxımından xüsusi önəm daşıyır.

Sonra çıxış edən Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin baş mütəxəssisi Röya Əfəndiyeva, Dəniz Mərkəzinin direktoru Həsən Musayev, Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova və Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Ruslan Qədirov tələbələrə iqlim dəyişikliklərinin Azərbaycanda və dünyada yaratdığı fəsadlar, Xəzər dənizinin hidrometeoroloji vəziyyəti, hava proqnozlarının hazırlanması və ötürülməsi kimi mövzularda ətraflı məlumat veriblər.

Sonda tələbələr Xidmətin Situasiya Mərkəzi ilə tanış olublar. Onlara burada real vaxt rejimində hava şəraitinin necə analiz olunaraq proqnozlaşdırıldığı əyani şəkildə göstərilib.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026