BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinə dair təlim

22/12/2023

Bakı Dövlət Universitetində (BDU) Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair təlim təşkil olunub.  Təlim davamlı inkişaf üzrə ekspertlər Əhəd Kazımov və Radif Mustafayev tərəfindən keçirilib.

Təlimdə Dayanıqlı İnkişaf Məqsədlərinin effektiv icrası üçün praktiki anlayışlar və strategiyalar təqdim  olunub, icrası mexanizmi barəsində məlumat verilib, DİM-in tətbiqi sahəsində qazanılmış nailiyyətlər və qarşıda duran çağırışlar barədə müzakirə aparılıb.

Qeyd edək ki, qlobal davamlılığa töhfə,  müsbət dəyişikliklərə təkan vermək üçün BDU-nun müxtəlif fakültələrində Dayanıqlı İnkişaf Məqsədlərinə dair müxtəlif istiqamətlərdə fəaliyyətlər aparılır. Bunların əsas hədəfi tələbə və müəllimlər arasında Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatlılığın artırılmasına və tətbiqinə nail olmaqdır.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026