BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyasına dair növbəti təlim

24/04/2025

Bakı Dövlət Universitetində (BDU) ali təhsildə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tədris və tədqiqat proseslərinə effektiv inteqrasiyasını təşviq etmək məqsədilə növbəti təlim keçirilib.

Universitetin Keyfiyyət Təminatı Mərkəzinin təşəbbüsü və rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun rəhbərliyi ilə keçirilən təlimdə iştirakçılara Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş 17 DİM-in ali təhsildə rolu, bu məqsədlərin tədris və elmi-tədqiqat fəaliyyətlərinə inteqrasiyası, eləcə də beynəlxalq təcrübədə tətbiq olunan qabaqcıl metodologiyalar haqqında ətraflı məlumat təqdim olunub.

Təlimin interaktiv formatı iştirakçılar arasında aktiv müzakirələrə imkan yaradıb. Müzakirələr zamanı BDU-nun strateji inkişaf istiqamətlərinin DİM-lərlə uzlaşdırılması, ali təhsildə keyfiyyət təminatı mexanizmlərinin davamlı inkişaf prinsiplərinə uyğunlaşdırılması və bu istiqamətdə qarşıda duran vəzifələr geniş şəkildə nəzərdən keçirilib.

Bu təşəbbüs BDU-nun ali təhsildə qlobal çağırışlara cavab verən, dayanıqlı və məsuliyyətli yanaşmanı dəstəkləyən institusional fəaliyyətinin mühüm bir hissəsi olaraq qiymətləndirilir.

Xəbərlər

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
23/06/2026