BDU-da ədəbi-bədii tədbir: “Şərqşünaslıq fakültəsinin həvəskar yaradıcı şairləri”

07/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Şərqşünaslıq fakültəsinin həvəskar yaradıcı şairləri” adlı ədəbi-bədii tədbir təşkil olunub. Tədbirin məqsədi fakültənin istedadlı tələbələrinin yaradıcılığını nümayiş etdirmək, onların poetik düşüncə tərzini geniş auditoriyaya tanıtmaq, tələbələr arasında ədəbi marağı təşviq etməkdir.

Şərqşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aydan Xəndan tələbələrin yalnız elmi sahədə deyil, bədii və ədəbi istiqamətdə də inkişafının vacibliyini qeyd edərək, belə təşəbbüslərin davamlı olmasının əhəmiyyətini bildirib.

Ədəbi tədbirdə fakültənin dekanı Aydan Xəndan, “Ərəb filologiyası” ixtisası üzrə III kurs tələbəsi Qüdrət Yusifli və “Regionşünaslıq” (Ərəb ölkələri üzrə) ixtisası üzrə II kurs tələbəsi Qoşqar Səmədov şeirlərini səsləndiriblər. Qoşqar Səmədov tədbir iştirakçılarına şeir kitabını hədiyyə edib.

Gənc şairlər poeziyaya olan maraqlarının necə yaranması, yazı prosesində yaşadıqları daxili duyğuları barədə danışıb, müasir poeziya ilə bağlı fikirlərini bölüşüblər.

 

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026