BDU-da “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir

30/11/2016

Bakı Dövlət Universitetində “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmə baxılıb. Sonra rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində ölkədə böyük işlər görülür, çoxşaxəli  addımlar atılır.  Həmin sahədə  ən önəmli məsələlərdən biri bu sahədə gənclər arasında aparılan maarifləndirmə işinin düzgün qurulmasıdır. Tədbirin də elə bu məqsədlə təşkil edildiyini deyən rektor dünyada aparıcı güclərin din amilindən geosiyasi maraqları üçün istifadə etdiklərini, din pərdəsi altında müxtəlif münaqişələr törətdiklərini,  islamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onun gözdən salmağa yönələn siyasət həyata keçirdiklərini bildirib. Akademik Abel Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib. Rektor xüsusi olaraq vurğulayıb ki, bəzi qüvvələrin sui-istifadə etdiyi dini ekstremizm kimi çirkin əməllərin öhdəsindən maarifçiliyin yüksəlməsi, elmin və mədəniyyətin inkişafı ilə gəlmək olar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.

Tədbir Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri,  akademik Vasim Məmmədəliyevin çıxışı başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 30 noyabr 2016-cı il.

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023