BDU-da “Diplomatın nitqi” layihəsinə start verilir

21/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Diplomatın nitqi” layihəsinə start verilir.

Layihənin əsas məqsədi tələbələrdə səlis, düzgün və intellektual nitq bacarıqlarının formalaşdırılması, iştirakçıların ictimai çıxış, ünsiyyət və özünü təqdimetmə qabiliyyətlərinin inkişaf etdirilməsidir. Layihə çərçivəsində iştirakçılara bədən dilinin effektiv istifadəsi, auditoriya qarşısında inamlı özünüifadə və diplomatik etiket qaydaları aşılanaraq onların beynəlxalq mühitdə peşəkar şəkildə təmsil olunmasına dəstək göstərilməsi nəzərdə tutulub.

Layihə müddətində 3 həftəlik intensiv və praktik təlimlər təşkil olunacaq, iştirakçılar sahənin peşəkar mütəxəssisləri ilə birbaşa ünsiyyət imkanı əldə edəcəklər.

Təlimlərdə aktiv iştirak edən tələbələr sertifikatla təltif olunacaqlar.

Son qeydiyyat tarixi: 25 aprel 2026-cı il


Qeydiyyat linki: https://forms.gle/PHBu8iW76ojEyyvRA

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026