BDU-da "Dəniz hüququ, önəmi və əsas anlayışları" adlı tədbir keçirilib

11/10/2021

Bakı Dövlət Universitetinin Hüquq və Coğrafiya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə "Xəzər həftəsi" çərçivəsində "Dəniz hüququ, önəmi və əsas anlayışları" adlı onlayn tədbir keçirilib.

Tədbirdə Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova çıxış edərək Xəzər dənizinin coğrafiyası haqqında tələbələrə ətraflı məlumat verib. Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova dəniz hüququ haqqında məlumat verərək mövzunun aktuallığından bəhs edib.

Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Sahilə Allahverdiyeva Xəzər dənizinin Azərbaycan iqtisadiyyatında rolu haqqında məruzə ilə çıxış edib. Bildirib ki, Xəzər zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya enerji bazarlarına sərbəst nəqli bu gün təkcə ölkəmizin xarici siyasət prioritetlərindən deyil, eyni zamanda, müasir dünya siyasətinin və beynəlxalq aləmin aktual mövzularından sayılır. O, Xəzər dənizinin ekoloji problərinə toxunub, Xəzər dənizinin çirklənməsi ilə əlaqədar ekoloji şəraitin korlanmasının son dövrün ən mühüm problemlərindən biri olduğunu vurğulayıb.

Daha sonra isə Hüquq fakültəsinin dosenti Natiq Əsgərov “Xəzər dənizinin hüquqi statusu” mövzusunda çıxış edib, Xəzər dənizinin geosiyasi, mədəni, ekoloji, iqtisadi və energetik əhəmiyyətindən bəhs edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026