BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək

18/09/2018

2018-ci il dekabrın 21-22-də Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası və Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Diasporla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Tarix Qurumu, Türk Dünyası Gəncləri Birliyinin dəstəyi ilə təşkil olunacaq “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans baş tutacaqdır. Ənənəvi keçirilən elmi konfransın 3-sü dövlətçilik tariximizin çox böyük və şərəfli hadisəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövrünə təsadüf edir. Bu səbəbdən “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı III beynəlxalq elmi konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmişdir.

Mühüm tarixlər:

Xülasələrin göndərilməsi üçün son tarix – 1 oktyabr

Qəbul olunan Xülasələrin elanı – 15 oktyabr

Məqalələrin göndərilməsi -15 noyabr

Qeydiyyat ödənişi - 01-16 noyabr.

Konfransın keçirilmə tarixi - 21-22 dekabr 2018

Konfransın mövzuları:

1. XIX-XXI əsrlərdə Azərbaycanın ərazi və əhali məsələləri

2.Tarixi Azərbaycan torpaqları: etno-siyasi, demoqrafik proseslər

3. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə gedən yol

4. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması

5. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları

6. AXC-nin ərazi bütövlüyü uğrunda mübarizəsi

7. Cümhuriyyətin milli ideologiyanın formalaşması sahəsindəki tədbirləri

8. Azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış

9. Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi

10. Azərbaycan mühacirətinin tarixindən

11. Azərbaycan diasporu: fəaliyyəti və gələcək perspektivlər

12. Ermənistanın Azərbaycan torpaqlarını işğalı etməsi və Dağlıq Qarabağ münaqişəsi tarixi retrospektivdə

13. Azərbaycan Respublikası müstəqillik illərində

14. AXC dövründə hökumətin mədəni-maarif və təhsil siyasəti: BDU-nun yaranması

 

Məqalələr Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyasının (dunya.azerbaycanlilari.etl@gmail.com) elektron ünvanına göndərilməlidir.

Ünvan: AZ1148,Azərbaycan Respublikası,Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23

Bakı Dövlət Universiteti, Tarix fakültəsi,Azərbaycan tarixi (təbiət fakültələr üzrə)

kafedrası;Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyası: III korpus,

1007-ci otaq

Əlaqə: +99412-537-04-61 (saat 9.00-17.00)

Email: dunya.azerbaycanlilari.etl@gmail.com

Xəbərlər

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib
13/11/2025

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
13/11/2025

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim
13/11/2025